» » Səudiyyə Ərəbistanında qadınlara axşamlar işləməyə icazə verdilər

Səudiyyə Ərəbistanında qadınlara axşamlar işləməyə icazə verdilər

Səudiyyə Ərəbistanında qadınlara axşamlar işləməyə icazə verdilər

Ölkədə qadınlara 21 ixtisas üzrə işləmək qadağan olunub.

Səudiyyə Ərəbistanında qadınlara axşam saatlarında ailəvi restoranlarda, qadın paltarları mağazalarında və ailəvi istirahət mərkəzlərində işləməyə icazə veriblər.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə ölkənin Əmək nazirliyinin nümayəndəsi Əbdel Manam əş-Şahri bildirib.

Onun sözlərinə görə, qadınlara müəyyən işlərdə çalışmağın qadağa edilməsi, hökümətin ümumiyyətlə qadınlara işləməyə icazə verməməsi demək deyil.

Nazirliyin nümayəndəsi qeyd edib ki, qurum qadınlara təhlükəsizlik və onların sağlamlığının qorunması baxımından 21 ixtisas üzrə işləməyi qadağan edib.