» » Ər-Riyadda Obamanın gəlişinə sevinmədilər

Ər-Riyadda Obamanın gəlişinə sevinmədilər

Ər-Riyadda Obamanın gəlişinə sevinmədilər

Obamanı kral ailəsinin nümayəndəsi qarşılamayıb.

Ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanına səfərə gələn ABŞ prezidenti Barak Obamaya çox soyuq münasibət göstəriblər.

Belə ki, Amerika prezidentinin protokola zidd olaraq, onu Ər-Riyad aeroportunda kral ailəsinin nümayəndəsi yox, paytaxt regionunun qubernatoru qarşılayıb. 

Obama Kral Salman ilə görüşü zamanı ölkə liderləri əl sıxmaqla kifayətləniblər, amma Corc Buş-kiçik bu ölkəyə səfər edərkən əl sıxma ilə deyil, qucaqlaşma ilə qarşılanmışdı. 

CNN teleşirkəti bunu əvəllər sadiq müttəfiq olan ölkələr arasında “soyuq münasibətlərin davamı”nın əlamətləri hesab edir.

Səudiyyə televiziyası Obama və kral Salmanın görüşünü yayınlamayıb, amma monarxın Ər-Riyada İraq körfəzində Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasının sammiti iştirakçılarını qarşılamağı barədə süjet göstərilib.