» » Poroşenko Rusiya filmlərini qadağan etdi

Poroşenko Rusiya filmlərini qadağan etdi

Poroşenko Rusiya filmlərini qadağan etdi

Qanun layihəsinin məqsədi milli təhlükəsizliyin səviyyəsinin artırılmasıdır.

Ukrayna prezidenti Petr Poroşenko 2014-cü ilin yanvar ayından sonra çəkilmiş Rusiya filmlərinin yayımını qadağan edən qanun imzaladı. 

Qadağan bədii filmlərə, seriallara, proqram və verilişlərə şamil edilir. 

Ucarliyiq.biz “112 Ukraina” telekanalına istinadən xəbər verir ki, dövlət başçısı sənədi çərşənbə axşamı imzalayıb, daha sonra sənəd Ali Radaya göndərilib. 

Qanun layihəsinin məqsədi milli təhlükəsizliyin səviyyəsinin artırılması, “cəmiyyətdə separat əhval-ruhiyyəsinin” azalması, eləcə də dövlətin avtoritetinin möhkəmləndirilməsidir, - izahat sənədində deyilir.