» » Rusiya raket üçün yeni başlığı sınaqdan keçirdi

Rusiya raket üçün yeni başlığı sınaqdan keçirdi

Rusiya raket üçün yeni başlığı sınaqdan keçirdi

“Sınaqların uğurlu olduğu bildirilir”.

Rusiyada mövcud və perspektivli qitələrarası ballistik raketlərin təchizatı üçün təyin edilmiş hipersəsli uçan aparatın prototipinin uğurlu sınaqları keçirilib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “İnterfaks”a vəziyyətlə tanış olan mənbə bildirib. 

“Çərşənbə axşamı Orenburq vilayətinin mövqe rayonundan perspektivli hərbi təchizatın - hipersəsli uçan aparatın sınaq məqsədi ilə RS-18 qitələrarası ballistik raketin buraxılışı həyata keçirilib”, - agentliyin həmsöhbəti bildirib.