» » Lavrov İrəvandadır

Lavrov İrəvandadır

Lavrov İrəvandadır

Danışıqların əsas mövzüsü Qarabağ münaqişəsi olacaq.

Rusiya XİN rəhbəri Sergey Lavrov İrəvana iki günlük rəsmi səfər gedib.

Ucarliyiq.biz xəbər verir ki, Lavrov Ermənistan prezidenti Serj Sarkisyan və öz həmkarı Edvard Nalbandyanla danışıqlar aparacaq.

Bundan əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun aprelin 21-22 tarixlərində baş tutacaq Yerevan səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müəyyən işləmələr təklif edəcəyini bildirib. 

“Sergey Lavrov heç vaxt, heç yerə əliboş getmir”, - deyə o, jurnalistlərə rəhbərinin Yerevan səfəri barədə sualları cavablandırarkən bildirib.

“Bunun plan, proqram, layihə, sənəd olduğunu söyləmək, düşünürəm ki, düzgün deyil. Söhbət müəyyən işləmələrdən, müxtəlif ideyaların nizamlama axarında müzakirəsindən gedir.

Vasitəçilik rolu, bizim vasitəçilik rolumuz da elə bundan ibarətdir – tərəflərlə danışmaq, imkanları müzakirə etmək, onların narahatlıqlarını dinləmək, həll variantları təklif etmək”, - deyə Zaxarova bəyan edib.