» » Müğənni Prins öldü

Müğənni Prins öldü

Müğənni Prins öldü

Onun adı rok-n-roll şöhrət Zalına salınıb.

Amerikalı müğənni Prins Rocers Nelson 57 yaşında dünyasınıı dəyişib, ucarliyiq.biz Associated Press-ə istinadən xəbər verir.

Onun cəsədi aprelin 21-i səhər saatlarında Minneapolisdə evində ölü halda tapılıb. Ölümün dəqiq səbəbləri hələlik məlum deyil. Polis hadisəni araşdırır.

TMZ nəşri dəqiqləşdirir ki, aprelin 15-də müğənninin təyyarədə səhhəti pisləşib. Pilot qəza enişi edib. 

Sonradan artsitin qriplə mübarizə apardığı bildirilib. Prins hətta iki konsertini təxirə salmalı olub. 

Qeyd edək ki, Prinsin adı rok-n-roll şöhrət Zalına salınıb. Ona ən çox şöhrət qazandıran albom “Purple Rain”dir (1984-cü il). Müğənni “Qremmi”, “Oskar” və “Qızıl Qlobus” laureatıdır.

Prins mahnılarını ritm-end-blüz, fank və rok janrlarında yazırdı. Onun ilk albomu 1978-ci ildə işıq üzü görüb. Müğənni ümumulikdə 20 albom buraxıb.