» » Bakıda qadın yüzlərlə sakini aldadıb Türkiyəyə qaçdı – VİDEO

Bakıda qadın yüzlərlə sakini aldadıb Türkiyəyə qaçdı – VİDEO

Bakıda qadın yüzlərlə sakini aldadıb Türkiyəyə qaçdı – VİDEO

Faktla bağlı araşdlrmalara başlanılacaq.

Paytaxtda lombarda inanıb, girova qızıl qoyub pul götürənlər aldanıb. Həmin şəxslər qızıl müqabilində onlara verilən pulu qaytarmaq üçün obyektə gəliblər. Amma gördükləri mənzərə onları şoka salıb.

ucarliyiq.biz-ın ANS TV-ə istinadən məlumatına görə, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 192 ünvanında toplaşan insanlar bir nəfərin, lombard sahibinin axtarışına çıxıb.

Amma 10 gündən yuxarıdır ki, bu axtarışlar bir nəticə vermir. Məsələ ondadır ki, vətəndaşlar deyilən ünvanda lombard kimi fəaliyyət göstərən şəxsin xidmətlərindən xeyli müddət yararlanıblar.

Fərqli vaxtlarda qızıllarını girov qoyaraq, müxtəlif məbləğlərdə nağd pul da götürüblər. Günün birində borcunu verib qızıllarını almaq üçün bura üz tutanda, lombard sahibinin obyekti bağlayaraq, sözün əsl mənasında yoxa çıxdığını görüblər. Divara vurulmuş yazıdan isə belə bəlli olub ki, borclular malları ilə bağlı “Zamin bank”a müraciət etməlidir.

Şikayətçilərin sözlərinə görə, onlar banka üz tutsalar da, qızıllarını geri ala bilməyiblər.

Yaranmış vəziyyətlə bağlı bankdan bildiriblər ki, bankın müştərisi qismində vətəndaşlar yox, Alaz Tahirə xanımdır. O da borcunu ödəmədiyi təqdirdə sakinlərin müraciətinə baxıla bilməz. Hətta adıçəkilən xanım borcunu gecikdirdiyi üçün, bank tərəfindən tədbirlərin də görüldüyü əlavə edilib.

Məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsindən bildiriblər ki, artıq vətəndaşların şikayət ərizələri qəbul edilməkdədir. Onlar toplanılıb baxıldıqdan sonra, faktla bağlı araşdlrmalara başlanılacaq.