» » Zaxarova: Türkiyə hakimiyyətinin qurduğu ev dağılmağa başlayıb

Zaxarova: Türkiyə hakimiyyətinin qurduğu ev dağılmağa başlayıb

Zaxarova: Türkiyə hakimiyyətinin qurduğu ev dağılmağa başlayıb

“Bu, onların düşünülmüş seçimi idi”.

Rusiya və Türkiyə arasında rəsmi səviyyədə münasibətlər bərpa edilə bilməz. 

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

Zaxarova qeyd edib ki, eyni zamanda Rusiya tərəfindən türk xalqına və türk biznesinə qarşı heç bir əks-fəaliyyət olmayıb və ola da bilməz. 

“Türk rəsmilərinə gəldikdə isə, perspektiv yoxdur. Onlar elədiklərini etdilər. Biz indi anlayırıq ki, bu, onların düşünülmüş seçimi idi.

Ölkələr və xalqlar arasında münasibətlərə gəldikdə isə, onlar inkişaf etməyə davam edəcəklər”, - o vurğulayıb. 

“Beynəlxalq münasibətlərdə onların (Türkiyə hakimiyyətinin) qurduğu “kartlar evi” dağılmağa başlayıb”, - Zaxarova bildirib. 

“Xalqlar, ölkələr arasında münasibətlər nöqteyi-nəzərindən - əlbəttə ki, münasibətlər inkişaf edəcək. Türk xalqına, türk biznesinə, iqtisadi mühit nümayəndələrinə qarşı heç bir əks-fəaliyyət, heç bir kampaniya yoxdur və ola da bilməz”, - Rusiya XİN-in rəsmisi vurğulayıb.