» » Rusiya ABŞ üçün ən böyük təhlükə elan olundu

Rusiya ABŞ üçün ən böyük təhlükə elan olundu

Rusiya ABŞ üçün ən böyük təhlükə elan olundu

General təcavüzkar ekstremizm ilə narahaçılığını bildirdi.

Rusiyanın son illərdə Şərqi Avropada, eləcə də NATO-ya qarşı nümayiş etdirdiyi aqressiv davranışı, Birləşmiş Ştatların təhülkəsizliyi üçün ən böyük təhdidlərdən birini doğurub. 

Ucarliyiq.biz “Ukrinform”a istinadən xəbər verir ki, belə qiymətləndirməni cümə axşamı ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsində iclas zamanı iki amerikalı general təsdiqləyib. 

“Sədr mən tamamən razıyam”, - general Kertis Skaparotti komitənin sədri senator Makkeynin ona ünvanladığı Rusiyanın Amerika üçün ən böyük təhlükə olması haqqında fikirlə razı olub-olmamasına dair suala cavab verərkən bildirib. 

General Skaparotti bu bəyanatı onu ABŞ-ın Avropada baş komandan və NATO-nun Avropadakı qüvvələrinə baş komandan vəzifəsinə təyinatı haqqında qərarın oxunduğu iclasda bildirib. 

İclasda çıxış edən ABŞ-ın Şimal komandanlığına rəhbərliyinə namizəd general Lori Robinson da Rusiyanın təhlükə doğurduğu ilə razılaşıb. 

“Bizim dediyimiz və general Skaparottinin dediyi kimi, Rusiya hazırda mövcud olan təhlükədir”, - ABŞ hərbi komandanlığının nümayəndəsi bildirib. Eyni zamanda o, bu təhlükə ilə bir pilləyə ABŞ üçün aktual olan təcavüzkar ekstremizm ilə narahaçılığını bildirdi.