» » Obama yenə erməniləri məyus etdi

Obama yenə erməniləri məyus etdi

Obama yenə erməniləri məyus etdi

Aprel ayının 24-də Ermənistan qondarma “erməni soyqırımı”nın ildönümünü qeyd edir.

ABŞ prezidenti Barak Obama Osmanlı imperiyasında baş vermiş 1915-ci il hadisələri ilə müraciətində yenə də “soyqırımı” sözünü işlətməyib.

Bu barədə Ucarliyiq.biz “Hurriyyet” nəşrinə istinadən xəbər verir.

Onun bu açıqlaması İngiltərəyə səfəri ərəfəsində yayımlanıb.

Hər ilin aprel ayının 24-də Ermənistan qondarma “erməni soyqırımı”nın ildönümünü qeyd edir.

Ermənilər və erməni lobbisi iddia edir ki, Türkiyə cümhuriyyətinin sələfi – Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırımı” törədib.