» » Türkiyə raket atəşinə tutuldu: Ölən və yaralananlar var

Türkiyə raket atəşinə tutuldu: Ölən və yaralananlar var

Türkiyə raket atəşinə tutuldu: Ölən və yaralananlar var

Türkiyə ordusu cavab atəşləri endirib.

Türkiyənin Kilis şəhəri Suriya ərazisindən yenidən raket atəşinə tutulub.

Ucarliyiq.biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 1 nəfər ölüb, daha iki nəfər yaralanıb.

Məlumatda bildirlir ki, iki mərmi Kilis şəhərinin mərkəzinə düşüb. İnsident yerli vaxtla saat 19:10-da qeydə alınıb.

Hadisə yerinə polis, xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib.

Qeyd edək ki, Kilis şəhəri bundan əvvəl Suriyada İŞİD-in nəzarət etdiyi ərazilərdən dəfələrlə raket atəşin tutulub. 

Türkiyə ordusu hər həmləyə cavab olaraq İŞİD mövqelərini bombalayıb.