» » Həmyerlisini öldürən Ağdam sakini məhkəmə qarşısındadır – FOTO

Həmyerlisini öldürən Ağdam sakini məhkəmə qarşısındadır – FOTO

Həmyerlisini öldürən Ağdam sakini məhkəmə qarşısındadır – FOTO

Xoştərov qonşusunu, ünvanına ağır ifadələr işlətdiyinə görə öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdam rayon sakini Malik Xoştərovun (1960-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, hadisə bu il iyunun 13-də Xətai rayonunun Neapol dairəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

 Belə ki, orada yaşayan Malik Xoştərov aralarında yaranan mübahisə zamanı həmyerlisi Zahid Abbasovu (1958-ci il təv.) bıçaqlayaraq qətlə yetirib.

Aldığı xəsarətlər nəticəsində sonuncu hadisə yerində dünyasını dəyişib.

Həmin axşam şübhəli şəxs Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib. 

Dindirmə zamanı M.Xoştərov qonşusunu, ünvanına ağır ifadələr işlətdiyinə görə öldürdüyünü bildirib. 

Hazırlıq iclasında məhkəmənin tərkibi elan edilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı sentyabrın 10-na təyin edilib.

C.H.