» » Türkiyə yenidən Suriya ərazisindən atəşə tutuldu

Türkiyə yenidən Suriya ərazisindən atəşə tutuldu

Türkiyə yenidən Suriya ərazisindən atəşə tutuldu

Yaralananlar var.

Türkiyənin Kilis şəhəri yenidən Suriyadan ərazisindən atəşə tutulub.

Ucarliyiq.biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün saat 10:40 radələrində Kilis şəhərinin Dəmirçilər məhəlləsinə 2 qumbaraatan mərmisi düşüb.

Hadisə nəticəsində 6 nəfər yaralanıb. Hal-hazırda xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların həyatları üçün ciddi təhlükə yoxdur. 

Türkiyə ordusu Qumbaraatan mərmisinin atıldığı Suriyanın Bab bölgəsinə artilleriya zərbəsi endirib.