» » Obama: Rusiyaya qarşı sanksiyalar götürülə bilər və götürülməlidir

Obama: Rusiyaya qarşı sanksiyalar götürülə bilər və götürülməlidir

Obama: Rusiyaya qarşı sanksiyalar götürülə bilər və götürülməlidir

Amerika prezidenti bəyanatla çıxış edib.

ABŞ prezidenti Barak Obama bəyan edib ki, Minsk razılaşmaları yerinə yetirildiyi təqdirdə (Ukraynadakı münaqişənin həlli üzrə - red.) Rusiyaya qarşı sanksiyalar “götürülə bilər və götürülməlidir”, Ucarliyiq.biz xəbər verir.

Bu barədə o, Hannover şəhərində Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransında bildirib.

“Rusiya öhdəliklərini yerinə yetirdiyi təqdirdə sanksiyalar götürülə bilər və götürülməlidir”, - deyə, Obama bəyan edib.

Bir qədər əvvəl isə bəyanatla çıxış edən Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirmişdi ki, Rusiya Minsk razılaşmalarını pozmur, çünki onların subyekti deyil.