» » Alfred Kox: Ermənilər, bəlkə siz heç özünüz də soyqırımın olduğundan əmin deyilsiniz?

Alfred Kox: Ermənilər, bəlkə siz heç özünüz də soyqırımın olduğundan əmin deyilsiniz?

Alfred Kox: Ermənilər, bəlkə siz heç özünüz də soyqırımın olduğundan əmin deyilsiniz?

“Bu məsələni birdəfəlik bağlayın”.

Mən başa düşə bilmirəm, qondarma “erməni soyqırımının” türklər tərəfindən tanınması sizin nəyinizə lazımdır? Onlar tanımasa nə olacaq, elə çıxacaq ki, “soyqırım” olmayıb? Onu sizin özünüz tanımanız yetərli deyil?

Əgər erməni soyqırımı faktı Yerin kürə şəklində olması kimi təkzibedilməz faktdırsa, o zaman cahillərin onu tanıması sizin nəyinizə lazımdır? Və ya bilərəkdən yanıltmağa çalışanların tanıması nəyə lazımdır?

Ucarliyiq.biz xəbər verir ki, bu barədə öz Facebook səhifəsində məşhur rusiyalı dövlət və ictimai xadim Alfred Kox yazıb. Hazırda Kox Almaniyada yaşayır. 

Məgər kiminsə Yerin yastı olmasına inandığına görə o, kürə formasını itirəcək? Başqa cür deyək: cinayətin dəlləri var, amma etirafı olunmadığı halda, nə qədər cinayətkarı həbsxanaya salırlar? Bu etiraflar nəyə lazımdır, əgər faktlar varsa? 

Türklərin sizin üçün açıq-aşkar olan cinayəti etiraf etmələri üçün göstərdiyiniz inadkarlıq istər-istəməz bu fikrə gətirir ki, siz özünüz də hər şeyin dediyiniz kimi olduğuna əmin deyilsiniz...

Sonunda beynəlxalq məhkəməyə müraciət edin. Qoy onlar hüquqi qərar çıxarsınlar. Bu məsələni birdəfəlik bağlayın, heç türklərin etirafı da lazım olmasın” - A.Kox 1915-ci il qondarma “erməni soyqırımının” tanınmasına çalışan dünya ermənilərinin cəhdinə belə sərt cavab verib.

Mənbə