» » Bakıda 69 yaşlı qadına qarşı iyrənc hərəkət

Bakıda 69 yaşlı qadına qarşı iyrənc hərəkət

Bakıda 69 yaşlı qadına qarşı iyrənc hərəkət

Maskalı şəxslər onun əl-qolunu bağlayıblar.

Bakıda quldurluq etmiş şəxslər tutulub. 

ucarliyiq.biz Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, sentyabrın 1-də saat 12:20 radələrində naməlum şəxslər H.Z.Tağıyev küçəsində yeni yaşayş sahəsində yaşayan 1946-cı il təvəllüdlü Nelli Seyfullayevanın evinə maskalanaraq açıq qapıdan daxil olublar. 

Onlar qadının əl-qolunu bağlayıb 1000 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talayıblar.

Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Xəzər RPİ Cinayət Axtarış Şöbəsi və 1-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü İlham Zakir oğlu Abbasov, Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Əli Xanəli oğlu Quliyev və Lənkaran rayon sakini, 1985-ci il təvəllüdlü Teyyub Əhmədulla oğlu Teymurov tutulub. Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.