» » Bakıda bir küçədə iki fahişəxana aşkarlanıb

Bakıda bir küçədə iki fahişəxana aşkarlanıb

Bakıda bir küçədə iki fahişəxana aşkarlanıb

Əməliyyat keçirilib.

Bakıda eyni küçədə iki əxlaqsızlıq yuvası aşkarlanıb.

ucarliyiq.biz xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nizami rayonunda bir küçədə iki “priton” aşkarlanıb.

Naxçıvanski küçəsi ev 64-də 1993-cü il təvəllüdlü Fəqan Əzizinin əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən edilib.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 244-cü maddəsi ilə cinayət işi başlanılıb.

Nizami rayonu 24-cü Polis Bölməsi tərəfindən araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bir neçə gün öncə də eyni küçədə əxlaqsızlıq yuvası aşkarlanmışdı.

Məlumatda bildirilirdi ki, Naxçıvanski küçəsi 39 ünvanında Salyan rayon sakini 1961-ci il təvəllüdlü Əsmər Kazımovaya məxsus evdə əxlaqsızlıq yuvası aşkarlanıb.