» » Yasamalda sürücü polisi bıçaqla hədələyib

Yasamalda sürücü polisi bıçaqla hədələyib

Yasamalda sürücü polisi bıçaqla hədələyib

Abbasov əvvəllər məhkum olunub.

Keçmiş məhbus yol polislərini bıçaqlamaq istəyib.

ucarliyiq.biz musavat.com-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Qaydaları pozduğu üçün saxlanılan sürücü yol polislərini bıçaqlamaqla hədələyib.

Ş.Qurbanov küçəsində xidmətdə olan DYP müfəttişləri Anar Alməmmədov və Ceyhun Bayramlı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücünü saxlayıblar.
  
Avtomobil sürücüsünün polislərə cavabı sərt olub. O, maşından düşərək, hər iki polis əməkdaşını vuracağı ilə hədələyib. Ətrafda olan vətəndaşlar da sürücünü sakitləşdirməyə çalışıblar.

Hadisə yerinə Post-Patrul Xidmətinin əməkdaşları da gəliblər. “Lada Priora” markalı avtomobilin sürücüsü Rasim Abbasov saxlanılıb.

Məlum olub ki, Zaqatala sakini olan R.Abbasov əvvəllər məhkum olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.