» » Yerevanda sərnişin avtobusu partladı

Yerevanda sərnişin avtobusu partladı

Yerevanda sərnişin avtobusu partladı

İnsident Alabyan küçəsində baş verib.

Ermənistanın paytaxtı Yerevan şəhərində axşam saatlarında sərnişin avtobusunda partlayış baş verib. 

ucarliyiq.biz - in xəbərinə görə, bu barədə Ermənistan FHN-nin mətbuat xidməti məlumat yayıb.  
 
İnsident yerli vaxtla saat 21.51-də (Bakı vaxtı ilə eynidir) Alabyan küçəsində baş verib.

Hadisə yerinə Milli Böhran İdarəetmə Mərkəzinin əməliyyat qrupu, xüsusi təyinatlı xilasetmə və iki hərbi dəstə cəlb olunub. 

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.