» » Rusiya və Ermənistan hava hücumundan birgə müdafiə olunacaqlar

Rusiya və Ermənistan hava hücumundan birgə müdafiə olunacaqlar

Rusiya və Ermənistan hava hücumundan birgə müdafiə olunacaqlar

“Razılaşmanın layihəsi imza üçün hazırlanır”.

Rusiya Ermənistan ilə Birləşmiş regional hava əleyhinə müdafiə sisteminin yaradılması üzərində çalışır, Baş qərargahın rəisi, Hava-kosmik qüvvələrin baş komandanının birinci müavini, general-leytenant Pavel Kuraçenko bildirib.  

“Qafqaz regionunda birgə hava hücumundan müdafiə sistemi haqqında Ermənistan-Rusiya sazişinin layihəsi dövlətdaxili razılaşdırılma mərhələsini artıq keçib və hazırda onun imzalanmasına dair hazırlıq işləri gedir”, - o deyib, ucarliyiq.biz İnterfaks-a istinadən xəbər verir.

Onun sözlərinə görə, Rusiya Federasiyasının Qırğızıstan və Tacikistanla analoji sazişləri hazırda dövlətdaxili razılaşdırılma mərhələsindədir.

“Burada biz cari sazişlərin layihələrinin nazirliklərarası səviyyədə razılaşdırılması mərhələsindəyik”, - P.Kuraçenko qeyd edib.