» » Kürdəmirdə 4 yaşlı uşaq qətlə yetirilib

Kürdəmirdə 4 yaşlı uşaq qətlə yetirilib

Kürdəmirdə 4 yaşlı uşaq qətlə yetirilib

Cinayət işi başlanıb.

Kürdəmir rayonunda dəhşətli qətl törədilib.

ucarliyiq.biz xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb.

Kənd sakini, 2011-ci il təvəllüdlü İzzət Babayevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Hadisənin kimin tərəfindən törədilməsi hələlik məlum deyil.

Lent.az-ın əldə etdiyi məlumata görə, Ərəbqubalıkənd sakini, 14 yaşlı Babayev İzzət Münasib oğlunun meyiti dünən axşam saatlarında su kanalının yaxınlığında tapılıb. İlkin müayinə nəticəsində yeniyetmənin ağzına dəsmal basılaraq öldürülməsi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.