» » Rusiya Ermənistandakı hərbi kontingentini dəyişir

Rusiya Ermənistandakı hərbi kontingentini dəyişir

Rusiya Ermənistandakı hərbi kontingentini dəyişir

Şəxsi heyətin ümumi sayı dəyişməyəcək.

Rusiyanın Ermənistandakı aviabazasında çağırış üzrə hərbi xidmət keçən hərbçilərin plan üzrə dəyişdirilməsi başlayıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya Cənubi Hərbi Dairənin mətbuat xidmətindən bildiriblər. 

Məlumata görə, bazar ertəsi Rusiyanın hərbi hissələrindən və təlim mərkəzlərindən olan əsgər və çavuşların birinci qrupu Gümrü qarnizonuna gəlib. 

“Rusiyadan Ermənistana əsgər və çavuşların gətirilməsini və aparılmasını mülki aviasiyanın aviareysləri ilə həyata keçirilir. Üç ay ərzində 2 hərbçi Ermənistana hərbi xidmətini başa vurmağa göndəriləcək və CHD birləşməsinin ehtiyatına təxris ediləcək”, - mətbuat xidmətindən bildiriblər. 

Əvəzlənən hərbçilər Rusiyanın hərbi bazalarının Gümrü və Yerevan hərbi qarnizonlarında yerləşdirilirlər. 

Əvəzləmə nəticəsində Rusiyanın Ermənistandakı hərbi bazasında şəxsi heyətin sayı dəyişməyəcək.