» » Yerevanda avtobus partlayışı terror aktıdır?

Yerevanda avtobus partlayışı terror aktıdır?

Yerevanda avtobus partlayışı terror aktıdır?

“Partlayış amili – fuqasdır, mərmili yox”.

Yerevanda avtobus hərəkət zamanı partlayıb. 

ucarliyiq.biz erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan polis rəsinin müşaviri Narek Malyan bildirib. 

“Avtobus yanmayıb, “quru” partlayış olub. Avtobus hərəkət zamanı partlayıb. Partlayış amili - fuqasdır, mərmili yox”, - Malyan Facebook səhifəsində yazıb. 

O, həmçinin qeyd edib ki, bütün informasiya ilkin xarakter daşıyır. 

Ermənistan polisi, həmçinin patlayıcının avtobus sərnişinində olduğunu da istisna etmir. 

“Partlayış avtobusun sağ tərəfində, ikinci oturacağın yanında baş verib”, - Ermənistan polis rəisi Vladimir Qasparyan jurnalistlərə bildirib. 

Partlayış “Boqdan” markalı sərnişin avtobusunda Alabyan küçəsində bazar günü axşam saatlarında baş verib. 

Hadisə yerində poils və milli böhran idarəsi mərkəzinin əməkdaşları, eləcə də kriminalistlər çalışır. İki nəfər ölüb, 10-a yaxın adam xəsarət alıb. Cinayət işi açılıb.