» » Erməni əsgərin meyitini yük maşınında tapdılar

Erməni əsgərin meyitini yük maşınında tapdılar

Erməni əsgərin meyitini yük maşınında tapdılar

Araşdırma aparılır.

Ermənistan ordusunun başından güllə yarası almış hərbi qulluqçusunun meyiti respublikanın hərbi hissələrindən birində atəş mövqeyində tapılıb.

ucarliyiq.biz Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

“25 aprel saat 20:15 radələrində respublikanın hərbi hissələrindən birində atəş mövqeyində müddətli hərbi qulluqçu Ovannes Petrosyana təhkim edilmiş QAZ-66 markalı yük maşınının yük yerində onun başından güllə yarası almış meyiti aşkarlanıb”, - deyə məlumatda bildirilir.

Baş vermiş hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma aparılır.