» » “Putin NATO”sunun Baş katibi: Qafqazda böyük müharibə başlaya bilər

“Putin NATO”sunun Baş katibi: Qafqazda böyük müharibə başlaya bilər

“Putin NATO”sunun Baş katibi: Qafqazda böyük müharibə başlaya bilər

“Bu bütün Qafqazı partladacaq”.

Ermənistan Dağlıq Qarabağda münaqişənin kəskinləşdiyi günlərdə kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməyib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə jurnalistlərə KTMT-nin Baş katibi Nikolay Bordyuja bildirib.

“Heç bir xahiş olmayıb”, - deyə Bordyuja verilən sualı belə cavablandırıb.

Eyni zamanda, o qeyd edib ki, Dağlıq Qarabağ bölgəsində vəziyyət KTMT-nin məsuliyyət zonasında təhlükəsizliyin təminatı üçün böyük əhəmiyyət kəsb edir.

“Əgər silahlı toqquşma baş verərsə, bizim aktiv və birbaşa silahlı qarşıdurma müşahidə edəcəyimiz dövr başlayacaqsa, bu, bütün Qafqazı partladacaq. O zaman bu münaqişəyə bir çox dövlətlər cəlb olunacaq və bu, bir çox Qafqaz xalqlarına toxunacaq.

Bu, çox ciddidir, hesab edirəm ki, bu gün vacib olan orada sülhü təmin etməkdir, əks halda Qafqazda çox böyük müharibə olacaq. Mən bunu istəməzdim”, - deyə, Bordyuja bildirib.