» » Türkiyə spikeri dünyəvi konstitusiyaya qarşı çıxdı

Türkiyə spikeri dünyəvi konstitusiyaya qarşı çıxdı

Türkiyə spikeri dünyəvi konstitusiyaya qarşı çıxdı

“Bu mövzuya toxunmaq düzgün deyil”.

Türkiyə parlamentinin nümayəndəsi İsmayıl Qəhrəman bəyan edib ki, ölkənin yeni konstitusiyası dünyəvi olmalı deyil. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb. 

“Bizim dini dövlət bayramlarımız var, məktəblərdə icbari dini dərslər keçirilir. Niyə biz müsəlman ölkəsi dindən qaçmalıyıq? Yeni konstitusiyada dünyəvilik anlayışı olmamalıdır”, - Qəhrəman İstanbulda “Yeni Türkiyə və yeni konstitusiya” konfransında çıxış edərkən deyib. 

Bu bəyanat müxalifət tərəfindən kəskin tənqidə səbəb olub. Xalq-respublika partiyasının parlament fraksiyasının rəhbəri Levent Gök spikeri Türk respublikasının qurucusu Mustafa Kamal Atatürk tərəfindən tətbiq edilən dövlətin dünyəviliyinə qəsddə ittiham edərək istefa verməyə çağırıb.

Milliyyətçi hərəkat partiyasının rəhbəri Dövlət Baxçalı bəyan edib ki, “bu mövzuya toxunmaq düzgün deyil, Qəhrəman öz səhvini anlamalıdır”.