» » Dağıstanda imamı öldürdülər

Dağıstanda imamı öldürdülər

Dağıstanda imamı öldürdülər

Səhər namazından sonra.

Dağıstanın Xasavyurt rayonunun Novıy Kuruş kəndinin yerli məscidinin imamı çərşənbə günü qətlə yetirilib, “İnterfaks” agentliyinə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbədən bildirilib.

“Kişi səhər namazından sonra məsciddən çıxarkən odlu silah ilə vurularaq qətlə yetirilib”, - agentliyin həmsöhbəti bildirib.

DİN-in Dağıstan üzrə mətbuat xidmətindən Novıy Kuruş kəndində baş verən qətl hadisəsini təsdiq ediblər.

“Baş verənlər dəqiqləşdirilir, qətlə yetirilən kişinin kimliyi müəyyənləşdirilir”, - DİN mətbuat xidmətinin nümayəndəsi bildirib.