» » Ermənistan ordusunda ciddi problemlər var - ETİRAF

Ermənistan ordusunda ciddi problemlər var - ETİRAF

Ermənistan ordusunda ciddi problemlər var - ETİRAF

“İstefalar davam etdirilə bilər”.

Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komitəsinin sədri Koryun Naapetyan Müdafiə Nazirliyində kadr dəyişikliklərinin davam etdiriləcəyini deyib.

ucarliyiq.biz - in İnterfax-a istinadən verdiyi məlumata görə, Naapetyan bildirib ki, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin istefaya göndərilməsi onların ciddi nöqsanlara yol verməsi ilə bağlıdır.

“İstefalar davam etdirilə bilər”, - deyə o əlavə edib.  

Naapetyanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında dördgünlük döyüşlər orduda operativ həll tələb edən ciddi problemlərin olduğunu aşkara çıxarıb: “Problemlərin həll olunması lazımdır”.

Qeyd edək ki, Ermənistan prezidenti bu gün imzaladığı fərmanlarla müdafiə nazirinin müavinini, Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi və rabitə qoşunlarının komandanını vəzifələrindən azad edib. (APA)