» » Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu yüksəltdi

Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu yüksəltdi

Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu yüksəltdi

“Enerji daşıyıcılarının qiyməti daha çox düşə bilər”.

Dünya Bankı bu il üçün neftin bir barel qiymətini əvvəlki 37 dollar proqnozundan 41 dollara yüksəldib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə maliyyə təşkilatının məlumatında deyilir. 

Dünya Bankının böyük iqtisadçı Con Baffets optimizmi bazarda əhval-ruhiyyənin yaxşılaşması və dolların kursunun zəifləməsi ilə əsaslandırıb.

“Bununla yanaşı, əgər OPEK-ə üzv və qeyri-üzv ölkələr istehsalı artırarsa, enerji daşıyıcılarının qiymətləri daha çox düşə bilər”, - analitik qeyd edib. 

Müxtəlif təşkilatlardan, şirkətlərdən, banklardan, eləcə də ölkə hakimiyyətlərindən gələn neftin dünya qiymətinə dair proqnozlar son zamanlar fərqlənir. Belə ki, düz iki həftə öncə aprelin 12-də Beynəlxalq Valyuta Fondu neftin 2016-cı ildə orta qiymət proqnozunun 35 dollara qədər azaldığını elan edib.