» » Poroşenko milli qvardiyanı Odessaya yeridib – VİDEO

Poroşenko milli qvardiyanı Odessaya yeridib – VİDEO

Poroşenko milli qvardiyanı Odessaya yeridib – VİDEO

“Müəyyən təhlükə mövcuddur”.

Ukrayna prezidenti Petr Poroşenko şəhərdə ictimai asayişin müdafiəsi üçün Odessaya 1000-ə yaxın hüquq-mühafizəçisinin yeridilməsinə dair göstəriş verib. 

Ucarliyiq.biz “Korrespondent”ə istinadən xəbər verir ki, bu barədə Odessa qubernatoru Mixail Saakaşvili bildirib.

“Preizdent milli polis rəisinə və milli qvardiyanın rəisinə şəhərdə ictimai asayişin müdafiəsi üçün Odessaya 1000-ə yaxın hüquq-mühafizəçisinin yerləşdirilməsinə dair göstəriş verib”, - Saakaşvili Facebook səhifəsində aprelin 26-da yazıb. 

O vurğulayıb ki, müəyyən təhlükə mövcuddur, bununla əlaqədar dövlət başçısına təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün müraciət edib. 

“Mən nahaq yerə heç vaxt, heç nə demirəm. Mən təşvişə düşən adam deyiləm. Mən çox şeydən keçmişəm və nahaq yerə hansısa təhlükənin olduğunu deməyəcəm”, - Saakaşvili bəyan edib.