» » “Beşiktaş” Rza Zərrabın “skybox”unu satdı

“Beşiktaş” Rza Zərrabın “skybox”unu satdı

“Beşiktaş” Rza Zərrabın “skybox”unu satdı

“Skybox”un qiyməti təxminən 500 min dollardır.

“Beşiktaş” klubu yeni stadionu “Vodafone Arena”da əslən azərbaycanlı iş adamı Rza Zərraba məxsus “skybox”u keçən həftə satıb.

Mart ayında ABŞ-da həbs edilən və “Beşiktaş” azarkeşi olduğu bildirilən R.Zərrab “skybox”u ötən ilin aprelində alıb.

Ucarliyiq.biz “Habertürk”ə istinadən xəbər verir ki, stadionun qərb hissəsində yerləşən “skybox”un satışı ötən həftə həyata keçirilib.

R.Zərrabın sözgedən “skybox” üçün 1,2 milyon türk lirəsi verdiyi bildirilmişdi. Onun “Vodafone Arena”dan “skybox” aldığı xəbəri KİV-də yayıldıqdan sonra “Beşiktaş”ın rəhbəri Fikrət Orman:

“Şəxsən tanışlığımız yoxdur. Sadəcə bir dəfə yeməkdə bərabər olmuşuq. Onun “Fenerbaxça” tərəfdarı olduğu deyilirdi. Amma gözlərinə baxdıqda, “Beşiktaş” tərəfdarı olduğunu anladım” demişdi. 

Aprelin 11-də açılış matçının keçirildiyi, 41 min 903 tamaşaçının yerləşdiyi “Vodafone Arena”da 147 loja var. “Beşiktaş”ın rəhbərliyi ildə 50-60 milyon dollar gəlir əldə edəcəyini gözləyir. Ümumilikdə 3 illik müddətə satılan 147 lojadan “Beşkitaş”ın ümumilikdə 30 milyon dollara yaxın gəlir əldə etdiyi bildirilir.