» » 400-dən artıq vətəndaşı aldadan şirkət direktoruna hökm oxundu

400-dən artıq vətəndaşı aldadan şirkət direktoruna hökm oxundu

400-dən artıq vətəndaşı aldadan şirkət direktoruna hökm oxundu

Məmmədov məhkəməyə əlil arabasında gətirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Qasım Məmmədovun CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb. 

ucarliyiq.biz xəbər verir ki, 2005-2009-cu illərdə “Fuad LTD” MMC-nin rəhbəri vəzifəsində işləyən Qasım Məmmədov Xırdalan şəhərinin 28-ci kvartalında inşa edilən 16 mərtəbəli binada 400-dən çox vətəndaşa mənzillər sataraq onların külli miqdarda pullarını mənimsəyib.

Alqı-satqı zamanı vətəndaşlara saxta müqavilələr təqdim olunub. Zərərçəkənlər bir neçə il gözləsələr də, sonradan aldadıldıqlarını anlayıb Baş prokurorluq yanında Korrupsiyaya qarşı idarəyə müraciət ediblər, müraciət araşdırıldıqdan sonra MMC-nin vəzifəli şəxsləri barədə cinayət işi başlanıb.    

Qeyd edək ki, Q.Məmmədov məhkəməyə əlil arabasında gətirilib, verilən məlumata görə o istintaq gedişatında infarkt keçirib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

C.H.