» » İran idxal benzinindən imtina edəcək

İran idxal benzinindən imtina edəcək

İran idxal benzinindən imtina edəcək

Kompleksin gücü 36 milyon litr benzindən ibarət olacaq.

İran 2017-ci ilin martında “Persian Gulf Star” neft emal zavodu işə başladıqdan sonra benzin idxal etməyəcək. 

Ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, zavod İran körfəzində Cənubi Pars yatağından gündə 360 min barel kondensant  emal edəcək. Kompleksin gücü sutkada 36 milyon litr benzindən və 14 milyon litr dizel yanacağından ibarət olacaq.

İranda 2012-ci ildə nüvə proqramına görə, ABŞ və Avropa İttifaqının neft embarqosu tətbiq etdikdən sonra ölkənin neft istehsalı kəskin azalıb. 2016-cı ilin əvvəlində sanksiyalar ləğv edilib. İndi Tehran neft istehsalatını sanksiyalardan öncəki, sutkada 4 milyon barel səviyyəyə çatdırmaq niyyətindədir və hasilatın dondurulmasına qarşı çıxır.