» » ABŞ Türkiyədə terror təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

ABŞ Türkiyədə terror təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

ABŞ Türkiyədə terror təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

“Onlar məşhur turistik məkanlara hücum etmək istəyirlər”.

Birləşmiş Ştatlar öz vətəndaşlarını Türkiyənin turistik rayonlarında mümkün terror aktları barədə xəbərdarlıq edib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. 

Amerika səfirliyinin saytında dərc edilmiş mətndə deyilir ki, Vaşinqton Türkiyənin ərazisində yerləşən turistik məkanlara hücum etmək üçün imkan axtardıqlarına dair məlumatlar almaqda davam edir. 

Səfirlik turistlərdən ictimai yerlərdə sayıqlıq göstərməyi xahiş edir.