» » Macar jurnalist çəkiliş zamanı qaçqınları ələ saldı – VİDEO

Macar jurnalist çəkiliş zamanı qaçqınları ələ saldı – VİDEO

Macar jurnalist çəkiliş zamanı qaçqınları ələ saldı – VİDEO

Onu işdən azad ediblər.

Televiziya müxbiri Petra Lazlonun, əlində uşaq olan və polisdən qaçan qeyri-qanuni mühacirə badalaq gəldiyi əks olunan kadrların yayılmasından sonra o, işdən qovulub.

ucarliyiq.biz NTV-yə istinadən xəbər verir.

Çəkilişlər Macarıstanın cənubunda - Rojke adlı yerdə aparılıb, burada qaçqınlar üçün düşərgə yerləşib.

N1TV şirkətində Lazlonun davranışını yolverilməz adlandırıblar və müxbirin artıq onlarda işləmədiyini bildiriblər. Sosial şəbəkə istifadəçiləri isə jurnalistə #petralazslo haşteqinə təhqir və fotojabalar göndəriblər.