» » Lavrov: Rusiya boş oturmayacaq

Lavrov: Rusiya boş oturmayacaq

Lavrov: Rusiya boş oturmayacaq

“Həmişəki kimi biznes olmayacaq”.

Bizi Şərq tərəfdaşlığının əvvəlki kimi ərazilərin zəbt edilməsi və bu ərazilərdə Rusiyanın nüfuzunun azaldılmasına yönəlmiş geosiyasi layihə kimi istifadə edilməyəcəyinə inandırmağa çalışırlar. Rusiya bu kontekstdə əməkdaşlıq etməyəcək və “boş oturmayacaq”. 

Ucarliyiq.biz Rusiya XİN-in saytına istinadən xəbər verir ki, bu barədə Rusiyanın XİN rəhbəri Sergey Lavrov İsveçin “Daqens Nüheter” qəzetinə verdiyi müsahibəsində bildirib. 

Şərq tərəfdaşlığının İsveç və Polşanın təşəbbüsü ilə yaradıldığını deyən S.Lavrov bildirib ki, bu proqram iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi baxımından düzgün təşəbbüsdür.

“Bizi əməkdaşlığa dəvət edərkən hansı şərtlərlə olduğunu soruşmuşduq. Aldığımız cavab, əlbəttə, nəzakətli idi. Lakin mahiyyəti ondan ibarət idi ki, şərtləri Brüssel müəyyənləşdirəcək. 

Başqa formada əməkdaşlıq təklif etdik. Ayrı-ayrı ölkələr üzrə xüsusi layihələr ayırmalı və üçlükdə - Avropa İttifaqı, Rusiya və ev sahibi ilə birlikdə bu layihəni həyata keçirib-keçirə bilməməyimizi müəyyənləşdirməli idik. Əslində isə heç nə dəyişməyib”, - Lavrov deyib və əlavə edib ki, Rusiya bu kontekstdə əməkdaşlıq etməyəcək və “boş oturmayacaq”. 

“Bu mənada “həmişəki kimi” biznes olmayacaq. Rusiya Avropa İttifaqı ilə bu mənada bərabərhüquqlu tərəf kimi ultimatumsuz, heç bir məcburiyyət olmadan dialoqa hazırdır. Biz buna yalnız şad olarıq, çünki bu tarixi məqam uzun sürməyəcək, belə ki, biz bir yerdə yaşamağa məcburuq”, - S.Lavrov bildirib.