» » Andranik Koçaryan: Biz hər gün daha çox zəifləyirik

Andranik Koçaryan: Biz hər gün daha çox zəifləyirik

Andranik Koçaryan: Biz hər gün daha çox zəifləyirik

“Hökuməti rüşvət məsələsini həll etməyə təhrik etmək lazımdır”.

Müdafiə nazirinin sabiq müavini Andranik Koçaryan “Aravot” erməni qəzetinə verdiyi müsahibəsində yüksəkrütbəli hərbçilərin vəzifədən çıxarılması məsələsinə toxunub.  

Ucarliyiq.biz xəbər verir ki, Ermənistan prezidentinin əmri ilə müdafiə nazirinin müavini Alik Mirzabekyan, rabitə qoşunlarının rəisi Komitas Muradyan və baş qərargahın kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan vəzifəsindən azad edilib. 

Andranik Koçaryan hökumətin bu dəyişmələrdən sonra ilk növbədə nə etməli olduqlarını qeyd edib. 

“Hökuməti rüşvət məsələsini həll etməyə təhrik etmək lazımdır. Belə ki, cəmiyyət bütün bunaların iştirakçısına çevrilir, qeyri-dözümlülüyün təzahürü formasında, hakimiyyətə bu məsələni həll etməkdən başqa heç nə qalmır.

Ləngimək isə birinci növbədə onların özləri üçün pisdir. Ölkəmiz üçün isə daha pisdir. Belə ki, biz hər gün daha çox zəifləyirik, düşmən isə bizim zəifliyimizin bəzi əlamətlərini artıq tapıb. Bu zəifliyin öhdəsindən tez bir zamanda gəlmək gələcəkdə baş verəcək neqativ prosesləri dayandırmaq deməkdir”, - o deyib.