» » Ermənistanda əhalinin sayı sürətlə azalır

Ermənistanda əhalinin sayı sürətlə azalır

Ermənistanda əhalinin sayı sürətlə azalır

Milli Statistika Xidməti məlumat yayıb.

2016-cı il aprelin 1-nə olan məlumata əsasən, Ermənistan əhalisinin sayı 2 milyon 994 min 400 nəfərdir.

Ucarliyiq.biz Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın Milli Statistika Xidməti açıqlayıb. 

Ötən illin apreli ayı ilə müqayisədə Ermənistan əhalisinin sayı 12 min 300 nəfər və ya 0,4% azalıb. Bu ilin əvvəlindən isə ölkə əhalisinin sayı 4 min 2 nəfər azalıb. Hesabat dövründə əhalinin təbii artımı 1500 nəfər, mühacirət edənlərin sayı 5 min 700 nəfər olub.

Bununla yanaşı, erməni sosioloqları bildiriblər ki, 1970-ci illərdən sonra ilk dəfə olaraq, ölkə əhalisinin sayı 3 milyondan az olub. 

Milli Statistika Xidmətinin məlumatına görə, Ermənistanda 2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin analoji dövrü ilə müqayisədə doğulan uşaqların sayı 2,4% azalaraq 9 171 nəfərdən ibarət olub.