» » Azərbaycanlı suriyalılarla Rusiyada qanunsuz ov etdi – FOTO

Azərbaycanlı suriyalılarla Rusiyada qanunsuz ov etdi – FOTO

Azərbaycanlı suriyalılarla Rusiyada qanunsuz ov etdi – FOTO

Onları məsuliyyətə cəlb ediblər.

Rusiyada Hakasiya qoruğunun əməkdaşları iki həftə ərzində respublika üzrə Rusiya Təbiətə nəzarət idarəsinin əməkdaşları ilə bərabər brakonyerləri müşahidə ediblər. Onların yerləşdikləri məkanları, qrupun tərkibini və quşların mümkün saxlama yerlərini izləyiblər.

ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir ki, “Kamızyak çölü Uluqgöl” qoruq ərazisində iki Suriya vətəndaşı və bir azərbaycanlı saxlanılıb. 

Suriyadan olan qonaqlar Qırmızı kitaba düşmüş qartala bənzər quşları tutmaq istəyiblər. Brakonyerlərdən birinin sürdüyü yolsuzluq maşınında qoruq əməkdaşları quşların tutulması və saxlanılması üçün ləvazimat və diri yem göyərçinləri aşkar ediblər.

Suriyalı yırtıcı quşları tutmaq cəhdini sona çatdıra bilmədiyini təkzib etməyib. O, 5 000 rubl məbləğində cərimə ödəməli olacaq – bu, qanunsuz quş tutmaq üçündür. Amma əgər qonaq artıq tutduğu quş ilə saxlanılsaydı, o, 100 000 məbləğində cərimə ödəməli idi.

Göyərçinlər çərşənbə günü təbiətə buraxılıblar, brakonyerlik ləvazimatları müsadirə edilib. Suriyanın daha iki vətəndaşı və bir azərbaycanlı saxlanılıblar, amma elə bu qoruğun ərazisində. Onların üzərində lələkdən başqa heç nə tapılmayıb. Çox güman ki, onlar ləvazimatı və quşu, təqib edilərkən atmağı çatdırıblar.  

Brakonyerlər itən atı axtardıqlarını bildiriblər. Amma onları qoruğun ərazisində qanunsuz olduqları üçün məsuliyyətə cəlb ediblər.