» » Rusiyada partlayış: Ölən var

Rusiyada partlayış: Ölən var

Rusiyada partlayış: Ölən var

İki kişi arasında mübahisə baş verib.

Rusiyanın Leninqrad vilayətində avtobus dayanacağında partlayış baş verib.

ucarliyiq.biz - in xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

“Leninqrad vilayətinin Voloxov rayonunun Paşa qəsəbəsində avtobus dayanacağında əl qumbarasının partlaması nəticəsində 1 nəfər ölüb, daha dörd nəfər yaralanıb”, - agentliyin sözçüsü bildirib.

47news.ru nəşrinin məlumatına görə, hadisə saat 15:00 radələrində baş verib. Avtobus dayanacağında iki kişi arasında mübahisə baş verib. Onlardan biri evə gedib və əl qumbarası ilə qayıdıb. Tərəflər arasında baş verən dava zamanı qumbara partlayıb.  

Hadisə yerində istintaq qrupu işləyir. İnsidentin təfərrüatları müəyyənləşdirilir.