» » NATO 6 min hərbçinin iştirak etdiyi təlimlərə başladı

NATO 6 min hərbçinin iştirak etdiyi təlimlərə başladı

NATO 6 min hərbçinin iştirak etdiyi təlimlərə başladı

“Spring storm” manevrləri Rusiya sərhədlərinə yaxın ərazilərdə keçiriləcək.

NATO-nun 6 min hərbçinin cəlb etdiyi “Spring storm” bazar ertəsi Estoniyada başlayır. 

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Estoniyanın müdafiə qüvvələrinin baş qərargahı bazar günü məlumat yayıb. 

Məlumata görə, təlimlər mayın 19-na qədər davam edəcək. 

Məlumata görə, təlimlərdə ABŞ, Almaniya, Böyük Britaniya və Niderland daxil olmaqla Alyansa üzv 10 ölkənin hərbçiləri iştirak edəcək.

“Spring storm” manevrləri Rusiya sərhədlərinə yaxın ərazilərdə Pılvamaa, Tartumaa və Vırumaa bölgələrində keçiriləcək, press-relizdə deyilir. 

Qoşunların yeridilməsi “Tapa (Lyaene-Viruma vilayəti) şəhərindən başlayacaq”, təlimlər “mayın 19-da Ridalda inşa edilmiş aerodromda (Lyaenema vilayətinin tərkibində) başa çatacaq”.

Təlimlərə, həmçinin Polşadan “Su-22” qırıcı-bombardmançı təyyarələri, ABŞ-dan isə “F-15” qırıcıları, “CH-47 Chinook” hərbi-nəqliyyat helikopterləri və özündə həm təyyarənin, həm də vertolyotun xüsusiyyətlərini birləşdirən “Bell V-22 Osprey” konvertoplanları cəlb ediləcək.