» » Türkiyə İŞİD-in 30-dan çox yaraqlısını məhv etdi

Türkiyə İŞİD-in 30-dan çox yaraqlısını məhv etdi

Türkiyə İŞİD-in 30-dan çox yaraqlısını məhv etdi

Terrorçular artilleriya atəşi zamanı məhv ediliblər.

Türk hərbçiləri Suriya ərazisinə atəş zamanı “İslam dövləti” (İŞİD) terror qruplaşmasının 34 yaraqlısını məhv ediblər. 

Ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyindən İŞİD yaraqlılarının Türkiyə ərazisindən açılan artilleriya atəşi, eləcə də İncirlik avibazasından səmaya qalxan türk pilotsuzlarının aviazərbələri nəticəsində məhv edildikləri qeyd edilib.

Zərbələr Türkiyənin Kilis vilayətinin Suriyanın İŞİD-in nəzarət etdiyi sərhədyanı rayonlarından raket atəşinə tutulmasına cavab olaraq həyata keçirilib. Bununla yanaşı, terrorçuların altı avtomobili və beş atəş nöqtəsi məhv edilib.