» » Kadırov qardaşı oğlu üçün dəbdəbəli toy etdi - VİDEO

Kadırov qardaşı oğlu üçün dəbdəbəli toy etdi - VİDEO

Kadırov qardaşı oğlu üçün dəbdəbəli toy etdi - VİDEO

Sosial şəbəkə iştirakçıları toyda onlarla bahalı maşının olmasından heyrətləniblər.

Çeçenistanda respublikanın ilk prezidenti Əhməd-Hacı Kadırovun nəvəsi Həmzət Kadırovun toyu olub. 

ucarliyiq.biz xəbər verir ki, toy aprelin 30 və mayın 1-də çeçen rəhbərinin doğma kəndi – Tsentaroy kəndində olub. Çeçenistan rəhbəri Ramzan Kadırov qardaşı oğlunun toyundan çəkilən videonu YouTube-da paylaşıb. 

Sosial şəbəkə iştirakçıları toyda “Bentley”, “Rolls-Royce” və s. kimi bahalı onlarla maşının olmasından şok olublar.  

 “Doğma Tsentaroy kəndində Çeçenistan respublikasının ilk prezidenti, Rusiya qəhrəmanı Əhməd-Hacı Kadırovun nəvəsi – Hafiz Həmzətin toyudur. O, mənim böyük qardaşım Zəlimxan Əhmədoviçin oğludur”, - Kadırov İnstagram səhifəsində yazıb. 

“Gəlinimiz İman Maqomedovadır. Sevincimizi bölüşməyə mənim doğma qardaşlarım, Şimali Qafqaz regionlarının rəhbərləri, federal idarələrin rəhbərləri, Rusiya subyektlərindən və digər ölkələrdən qonaqlar gəlib. Şimali Qafqazın işlər üzrə naziri Lev Kuznetsov da gəlib. Toy mərasimi çeçen ənənələrinə müvafiq təşkil edilib. Arzu edən hər kəs toyda iştirak edə bilər, burada hamı əziz qonaqdır”, - o qeyd edib. 

Kadırovun sözlərinə görə, mərasim zamanı at yarışı təşkil edilib, yarışda Çeçenistan və Şimali Qafqazdan 200-ə yaxın at iştirak edib. Eyni zamanda milli idman növləri üzrə də yarışlar keçirilib, qaliblər qiymətli əşyalar və maşın hədiyyə alıblar. 

Təxmini hesablamalara görə, mərasimdə iki minə yaxın adam iştirak edib, Kadırov bildirib.