» » Rusiyada Orta Asiya ölkələri üçün viza rejiminin tətbiq edilməsini tələb edirlər

Rusiyada Orta Asiya ölkələri üçün viza rejiminin tətbiq edilməsini tələb edirlər

Rusiyada Orta Asiya ölkələri üçün viza rejiminin tətbiq edilməsini tələb edirlər

“Moskva üçün vacib olan nədir?”.

Federasiya Şurasının Müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Frans Klinseviç Orta Asiyanın bir sıra ölkələri ilə viza rejimi tətbiq etməyin vacib olduğunu hesab edir.

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə bazar ertəsi bildirib. 

Onun sözlərinə görə, hər şeyin öz həddi var. 

“Sızranın sabiq polis rəisinin və ailəsinin Orta Asiyadan olan şəxslər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, bu, artıq bütün sərhədləri aşır”, - senator qeyd edib. O həmçinin Moskvada uşağı qətlə yetirən Özbəkistandan olan dayəni də xatırladıb. 

Klinseviç qeyd edib ki, Rusiya onun üçün nəyin vacib olduğunu müəyyən etməlidir: “Bizim dəyər verdiyimiz sabiq sovet respublikaları ilə yaxşı münasibət və ya vətəndaşlarımızın təhlükəsizliyi”. 

“Hələlik ikisini də uyğunlaşdırmaq mümkün deyil, mən birtərəfli olaraq viza rejiminin tətbiq edilməsinə tərəfdaram və əlimdə olan bütün vasitələrlə bu istiqamətdə addımlayacam”, - o vurğulayıb. 

Senator əlavə edib ki, söhbət hazırda Qazaxıstan və Qırğızıstandan gedir.