» » Pentaqon rəhbəri NATO-nun planlarından danışdı

Pentaqon rəhbəri NATO-nun planlarından danışdı

Pentaqon rəhbəri NATO-nun planlarından danışdı

“Bu, bizim müzakirə etdiyimiz variantlardan biridir”.

Birləşmiş Ştatlar NATO üzrə müttəfiqləri ilə Polşa və Baltik ölkələrində rotasiya əsasında dörd batalyonun yerləşdirilməsi imkanını müzakirə edir. 

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ müdafiə naziri Eşton Karter bəyan edib. 

“Bu müzakirə etdiyimiz variantlardan biridir”, - Pentaqon rəhbəri daha öncə “The Wall Street Journal” qəzetində yayımlanmış məlumatı təsdiqləyib. 

“The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ Polşa, Latviya, Litva və Estoniyada iki batalyon, Böyük Britaniya və Almaniyada isə hər ölkədə bir batalyon yerləşdirməyə hazırdır.

Ümumilikdə NATO-nun Şərqi Avropada əlavə qüvvələrinin sayı 4 min nəfərdən ibarət olmalıdır.