» » Vəzifəli şəxsin həyat yoldaşını qətlə yetirən şəxs həbsdə öldü

Vəzifəli şəxsin həyat yoldaşını qətlə yetirən şəxs həbsdə öldü

Vəzifəli şəxsin həyat yoldaşını qətlə yetirən şəxs həbsdə öldü

“Meyit ekspertizaya göndərilib”.

Azərbaycanda qətldə təqsirləndirilərək azadlıqdan məhrum edilən şəxs ölüb.

ucarliyiq.biz xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanovun APA-ya verdiyi məlumata görə, nazirliyin Müalicə Müəssisəsində müalicə olunan məhbus Əlaqif Abbasov qəflətən dünyasını dəyişib: 

“Palata yoldaşları bildirdilər ki, qəflətən təngnəfəs olub və ölüb. Meyit ekspertizaya göndərilib. Hansı səbəbdən öldüyü ekspertizanın rəyindən sonra məlum olacaq”.

Qeyd edək ki, 2013-cü il avqustun 14-də Hökməli qəsəbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşovun 1955-ci il təvəllüdü həyat yoldaşı Elmira Xalid qızı Dadaşova Əlaqif Abbasov tərəfindən bıçaqlanaraq qətlə yetirib.

Ə. Abbasov ilkin ifadəsində evə oğurluq məqsədi ilə girdiyini bildirib.

İstintaq zamanı Əlaqif Abbasovun daha bir neçə evdən oğurluq etməsi müəyyən edilib. Məlumata görə, Daxili İşlər Nazirliyinin  Baş Cinayətkarlıqla Axtarış İdarəsi  və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avqustun 16-da qəsdən adam öldürdüyünə görə tutulmuş Əlaqif Abbasovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 11-də İbrahim Hüseynovun evindən 860 manat pul və qızıl əşyalarını oğurlaması, avqustun 14-də Kənan Hüseynquliyevin evindən oğurluğa cəhd göstərməsi, habelə cari ilin aprel-iyun ayları ərzində Çiçək qəsəbə sakini Elşən Cəlilovun, Hökməli qəsəbə sakini Mirxas Ağayevin və Kənan Məmmədovun evlərindən pul, qızıl və məişət əşyalarını oğurlaması da müəyyən edilib.

Bundan əlavə, onun “Bərəkət-98” firmasının ofisindən içərisində 100 manat və möhür olan seyfi, Reyhan Müzəffərovanın evindən 2850 manat pul oğurlaması da müəyyən edilib.

Ə. Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti isə təmin edilməyib.

Onu da qeyd edək ki, Ə. Abbasov cəzasını Qobustan həbsxanasında çəkirdi. O, bir müddət əvvəl Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb.


  1. Bextiyar 9 sentyabr 2015 21:02


    bes nece olmaliydiki vezifeli sexsin heyat yoldasin olduren yasaya biler?..agilli olmayan insan bu heyatda uzun omur sure bilmez. gerek her bir isini agilla goresen. agilsizlarin axiri bele olur..

    --------------------