» » Erməni deputat Türkiyə parlamentində dava saldı - VİDEO

Erməni deputat Türkiyə parlamentində dava saldı - VİDEO

Erməni deputat Türkiyə parlamentində dava saldı - VİDEO

PKK terroçularını dəstəkləyən deputatların toxunulmazlığı ləğv ediləcək.

Türkiyənin Böyük Millət Məclisinin (parlament) PKK terroçularını dəstəkləyən üzvlərinin deputat toxunulmazlığı ləğv ediləcək. 

Ucarliyiq.biz TRT Haber-ə istinadən xəbər verir ki, bu bardə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib. 

Bu ərəfədə Türkiyə parlamenti bir sıra deputatların toxunulmazlığının ləğv edilməsinə dair qərar qəbul edib. HDP deputatları qərar qəbul edildikdən sonra məclisi terror Kürdüstan işçi partiyasının marş sədaları altında tərk ediblər. 

Bu qərarın lehinə Ədalət və İnkişaf Partiyasının, Milli Respublika Partiyası (CHP) və Milli Hərəkat partiyasının (MHP)  deputatları səs verib, bu zaman Demokratik Xalq Partiyasınının (HDP) deputatları iclas zalını tərk ediblər. 

Qərarın qəbul edilməsi AKP və HDP deputatları arasında dava ilə nəticələnib. 

Kütləvi davaya çevrilən mübahisənin səbəbkarı HDP-nin erməni əsilli deputat Haro Paylan olub.

Qeyd edilir ki, türk parlamentində davaların əsas səbəbkarları kürdyönümlü deputatlardır, onlar təxribatçı bəyanatlar edir, ya da ki davaya sövq edirlər. 

“Özləri tükənərkən, siyasəti də tükətmək istəyirlər və məclisi davanın, qalmaqalın və özbaşnalığın ünvanı kimi göstərmək istəyirlər. Əmin olun ki, Diyarbəkir Ulu Caminin qardaşı Bursa Ulu Camini qana bulamaq istəyən cani terror qruplaşmasını dəstəkləyən hər kəsə mütləq, amma mütləq toxunulacaq”, - Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyənin Böyük Millət Məclisinin iclasında bildirib.