» » Rusiya diviziyaları NATO briqadalarına qarşı

Rusiya diviziyaları NATO briqadalarına qarşı

Rusiya diviziyaları NATO briqadalarına qarşı

“Hazırda bu birləşmələrin yerləşəcəyi məkanların abadlaşdırılması prosesi gedir”.

NATO-nun Rusiya sərhədlərində möhkəmlənməsinə qarşı yaradılan yeni diviziyalardan 2-si Qərb, 1-i Cənub hərbi dairəsində yaradılacaq.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.

“Müdafiə Nazirliyi tərəfindən NATO-nun Rusiya sərhədlərində möhkəmlənməsinə qarşı bir sıra tədbirlər görülür. Bu ilin sonuna kimi Qərb və Cənub hərbi dairələrində 3 yeni diviziya formalaşdırılacaq”, - Şoyqu selektor iclasda bildirib.

Onun sözlərinə görə, hazırda bu birləşmələrin yerləşəcəyi məkanların abadlaşdırılması prosesi gedir.

“Mənim tərəfimdən inşaat zamanı ən qabaqcıl inşaat həllərinin tətbiq edilməsinə dair sərəncam verilib. Söhbət blok-modul konstruksiyalarından gedir. Axın istehsalat texnologiyası və modulların tədarükü binaların üç və ya dörd həftə ərzində ucaldılmasına imkan verir”, - nazir vurğulayıb.

O qeyd edib ki, lazım olduğu təqdirdə, binanı operativ şəkildə sökərək yeni məkana köçürmək olar. Bununla yanaşı, eyni operativ üsul ilə qazanxanalar da daxil olmaqla, bütün təchizat sistemi yaradılır.