» » Deputat ərəb qaçqınlarını “insan zibili” adlandırdı - VİDEO

Deputat ərəb qaçqınlarını “insan zibili” adlandırdı - VİDEO

Deputat ərəb qaçqınlarını “insan zibili” adlandırdı - VİDEO

“Biz Avropanı dağıdırıq”.

Polşanın mühacirlər ilə problemi yoxdur. Polşanın absurd Dublin qaydalarına müvafiq olaraq konslagerlərdə qalmağa məcbur edilən və Polşadan Almaniya, Avstriya və Avropa İttifaqının digər ölkələrinə qaçmaq istəyən mühacirlərlə problemi var. Niyə?

Çünki Polşada sosial təzminatlar azdır. Əgər sosial təzminatlar dayandırılsa Polşaya və ümumilikdə Avropaya heç kim gəlməzdi.

ucarliyiq.biz xəbər verir ki, bu qalmaqallı bəyanatı Yanuş Korvin-Mikke Avropa Parlamentinin iclasında çıxışı zamanı bəyan edib.

Korvin-Mikkenin fikrincə Avropa üçün mühüm dəyər, işləmək istəyən insanlar kəsb edir.

“Amma onları öz ölkələrinə geri göndərirlər, biz isə işləmək istəməyənləri götürürük. Bu gülünc siyasətdir, nəticədə isə Avropa ölkələri insan zibili ilə dolur. Fikrimi daha aydın ifadə edim: işləmək istəməyən insan tullantısı ilə. Amerika öz gücünə orada işləməyə çalışan insanları qəbul edirdi və heç bir sosial təzminat ödəmirdi. Biz Avropanı dağıdırıq, bu siyasət Avropanın məhvinə aparır. Çox sağ olun”, - deputat bəyan edib.

Qeyd edək ki, Avropa Parlamentinin səkkizinci çağırışında Yanuş Korvin-Mikke özünün Hitlerə olan simpatiyası ilə məşhurdur. Bu ilin iyulunda Avropa Parlamentinin iclasında Korvin-Mikke həmkarlarını nasist salamlaması ilə qarşılayıb.