» » Köhnə dünyada yeni general

Köhnə dünyada yeni general

Köhnə dünyada yeni general

Skaparrotti daha öncə Cənubi Koreyada Amerika kontingentinə komandanlıq edirdi.

Amerika generalı Kertis Skaparrotti rəsmən NATO-nun Avropadakı birləşmiş qüvvələrinin komandanı oldu.

ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, bu vəzifədə Skaparrotti general Filip Bridlavanı əvəz edib.

Sonuncu NATO-nun Baş qərargahında səlahiyyətlərin verilməsi tədbirində iştirak edib.

Skaparrottinin yeni komandan təyin edilməsi martın ortasında məlum olub.

Skaparrotti daha öncə Cənubi Koreyada Amerika kontingentinə komandanlıq edirdi.

Pentaqonun fikrincə, o, öz vəzifəsinin öhdəsindən ustalıqla gəlib və NATO-nun Avropadakı qüvvələrinə komandanlıq etməyə tam hazırdır.

NATO-nun Avropadakı qüvvələrinin komandanını ənənəvi olaraq Amerika generallarından təyin edirlər. NATO qüvvələrindən başqa, onlar Avropa dövlətlərində yerləşdirilən bütün Amerika kontingentinə cavabdehdir.